Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku

Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku"na hazırdır - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının başlamasına bir gün qalıb.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb.  Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır.  

Xeberlent.az xəbər verir ki, şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib.  Lazımı təmizlik-abadlıq işləri aparılıb. Sakinlər hər il təşkil edilən “Prezident Kuboku”nun şəhərdə əsl bayram ab-havası yaratdığını deyir.  Ölkəmizdə avarçəkmə idmanının vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.  

Yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması təşkil olunacaq reqataya xüsusi rəng qatır. 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. 

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqda yekun vurulacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

  • Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku"na hazırdır - FOTOLAR
  • Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku"na hazırdır - FOTOLAR
  • Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku"na hazırdır - FOTOLAR
  • Mingəçevir avarçəkmə üzrə “Prezident Kuboku"na hazırdır - FOTOLAR